Azərbaycan millisi FIFA U-15 Dünya Çempionatı və Festivalının C Divizionunda Vyetnam yığması ilə qarşılaşıb.

Famil Xəlilovun baş məşqçi olduğu kollektiv rəqibinə 2:4 hesabı ilə uduzub.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında baş tutacaq.