Bu gün Misli Premyer Liqasında X tura start veriləcək.
Açılış matçında son ölkə çempionu “Sabah” səfərdə “Turan Tovuz”un qonağı olacaq. Tərəflər arasında çempionatda keçirilən son 5 görüşdə “bayquşlar” 4 dəfə, tovuzlular isə 1 dəfə meydanı 3 xalla tərk edib. Qərb təmsilçisi Bakı klubuna qarşı evdə keçirdiyi son 2 matçda məğlub olub.
Tovuz Şəhər stadionunda keçiriləcək görüş saat 18:30-da start götürəcək. Qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək.















