Azərbaycanın FIBA Avropa Kubokundakı təmsilçilərindən “Gəncə” növbəti matçına çıxıb. C qrupunda yer alan komandamız IV turda Portuqaliyanın “Sportinq” klubu ilə üzləşib.

Gəncə İdman Sarayında keçirilən matçda 69:67 hesabı ilə güclü olan “sarı-göylər” turnirdə ilk qələbəsinə sevinib.

Bununla da “Gəncə” cari həftə FIBA Çempionlar Liqasında yarışan “Sabah” və FIBA Avropa Kubokunda mübarizə aparan “LANDAU Lions” kimi azarkeşlərini sevindirib.