Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununu keçirib. Qurban Qurbanovun çalışdırdığı kollektiv Xorvatiyanın “Osiyek” klubu ilə üzləşib.

Qarşılaşma ağdamlıların 3:1 hesablı qələbəsi ilə bitib. “Köhlən atlar”ın qollarını 49-cu dəqiqə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurublar.

“Qarabağ” bu gün daha bir yoldaşlıq matçında qüvvəsini sınayacaq. Son Azərbaycan çempionu saat 19:00-da başlayacaq görüşdə Polşadan “Zaqlembe” ilə üz-üzə gələcək.

Qeyd edək ki, Qarabağ ilk yoxlama oyununda Özbəkistanın “Neftçi Fərqanə” klubunu 5:0 hesabı ilə üstələyib.