2027-ci ildə Formula 1 üzrə Azərbaycan Qran-prisinin keçiriləcəyi tarixlər məlum olub.
Yarış sentyabrın 24-26-da təşkil ediləcək. Bu tarixlər 2027-ci il mövsümünün təqviminin Avtoidman üzrə Ümumdünya Şurası tərəfindən təsdiqlənməsindən sonra Formula 1 və Beynəlxalq Avtomobil Federasiyasının qəbul etdiyi qərar əsasında müəyyən edilib.
Mövsüm martın 12-14-də Bəhreyn Qran-prisi ilə başlayacaq, dekabrın 10-12-də isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində başa çatacaq. Ümumilikdə dünya çempionatı 22 ölkədə keçiriləcək 24 mərhələdən ibarət olacaq.












