UEFA Konfrans Liqasında mübarizəsini davam etdirən “Zirə” bu gün II təsnifat mərhələsində ilk matçına çıxacaq.
İlk etapda Gürcüstanın “Torpedo Kutaisi” komandasını hər iki oyunda 3:0 hesabı ilə məğlub edən “qartallar” Estoniyada “Payde” klubu ilə üz-üzə gələcək.
Saat 20:00-da start götürəcək qarşılaşmada ədaləti Moldovadan Roman Jutar qoruyacaq.

















