Futbol üzrə dünya çempionatında Cənubi Afrika Respublikası (CAR) Cənubi Koreya seçməsi ilə üz-üzə gəlib.
Monterrey stadionunda keçirilən A qrupunun III turunun matçında Afrika təmsilçisi minimal hesablı (1:0) qələbə qazanıb.
63-cü dəqiqədə Tapelo Maseko adını tabloya yazdırıb.
Bu qalibiyyət sayəsində CAR xallarının sayını 4-ə çatdıraraq qrupdan çıxıb. Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə əldə edən komandanın bu mərhələdəki rəqibi B qrupunu ikinci sırada başa vuran Kanada seçməsi olacaq.














