Misli Premyer Liqasında XXV turun daha iki oyunu bu gün keçiriləcək.

“Qarabağ” “Kəpəz”in qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 15:00-da start götürəcək. “Qarabağ” 52 xalla 2-ci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 18 xalla 10-cu sıradadır.

Günün ikinci görüşündə “Neftçi” “İmişli”ni qəbul edəcək. Matç “Palms Sports Arena”da, saat 19:15-də başlayacaq. Bakı klubu 34 xalla altıncıdır. Bölgə təmsilçisi isə 22 xalla 9-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, “Kəpəz” və “Qarabağ” komandalarının son duelində qərb təmsilçisi qalib gəlib, “Neftçi” – “İmişli” qarşılaşmasında isə bölgə klubu qələbə qazanıb. Bu mənada favorit komandalar məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Misli Premyer Liqası

III dövrə, XXV tur

20 mart

15:00. “Kəpəz” – “Qarabağ”

Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Tərlan Talıbzadə, Emin Əliyev

VAR: Rauf Cabarov.

AVAR: Namiq Hüseynov.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Elman Musayev.

Yevlax şəhər stadionu

19:15. “Neftçi” – “İmişli”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Elvin Bayramov.

VAR: İnqilab Məmmədov.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

“Palms Sports Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Şamaxı”nı (1:0), “Zirə” “Karvan-Yevlax”ı (1:0), “Sabah” isə “Sumqayıt”ı (3:1) məğlub edib.