İtaliya A seriyasında 31-ci tur davam edir. “Bolonya” və “Torino” səfərdə qələbə qazanıb. Turun mərkəzi matçında “İnter” “Roma” ilə üz-üzə gəlib.

Qarşılaşma “nerazzuri”nin 5:2 hesablı inamlı qələbəsi ilə yekunlaşıb. Bununla da onlar liqada 3 matçlıq qalibiyyətsizlik seriyasına son qoyublar.

Hazırda “İnter” 72 xalla liderdir. “Milan” 63 xalla 2-ci sıradadır. “Napoli” 62 xalla ilk üçlüyü qapayır. 57 xalla 4-cü olan “Komo” “Yuventus” və “Roma”nı 3 xal qabaqlayır.