Azərbaycanın güllə atıcılığı millisinin üzvləri Ruslan Lunyov və Zeynəb Sultanova Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıblar.
Bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.
Təmsilçilərimiz 25 metr məsafəyə atəş üzrə duet (qarışıq komanda) yarışında uğurla çıxış edərək gümüş medalı aktivlərinə yazdırıblar.














