Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Yığma III turda İslandiya seçməsinin qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan komandası daha əvvəl İrlandiya (73:91) və İsveçrəyə (33:84) uduzub.













