Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın çimərlik futbolu millisi yoldaşlıq görüşü keçirib.

Gürcüstan yığması ilə qarşılaşan komanda Orxan Məmmədov (3), Elşad Manafov (2) və Sahib Məmmədovun vurduğu qollarla rəqibindən 6:0 hesabı ilə üstün olub.

Komandalar arasında növbəti oyun iyulun 10-da baş tutacaq.

Qeyd edək ki, bu qarşılaşmalar iyulun 15-19-da keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.