Misli Premyer Liqasında X tura start verilib. İlk oyun günündə bir matç keçirilib.
“Turan Tovuz” doğma meydanda son çempion “Sabah”ı qəbul edib. Görüş ev sahibi komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “bayquşlar” liqada ilk məğlubiyyətini alıb. Tovuz klubu isə 3 görüş sonra bu rəqibinə qalib gəlib.
Hazırda 20 xala malik “Sabah” birincidirsə, ondan 2 xal geri qalan “Turan Tovuz” dördüncü sıradadır.














