“Kəpəz” heyətini yeni oyunçu ilə gücləndirib. Gəncə təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Rauf ötən mövsümü də “Kəpəz”də keçirib. O, çıxdığı 27 çempionat matçında iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.















