Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatının və Festivalının qalibi müəyyənləşib.

A diviziyonunun “CBC Sport”da canlı yayımlanan həlledici matçında Çexiyanı 3:0 hesabı ilə məğlub edən İspaniya millisi qızıl medallara sahib çıxıb. Püşkatma mərasimində Azərbaycan prezidenti İlham Əliyev və FIFA prezidenti Canni İnfantino da iştirak ediblər.

Əlavə edək ki, B divizionunu Zambiya, C divizionunu Belarus, D divizionunu Tacikistan, E divizionunu Mərkəzi Afrika Respublikası, F divizionunu isə Yeni Zelandiya seçmələri qazanıb.