Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisi daha bir medal qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan və yalnız yarımfinalda uduzan Hidayət Heydərov üçüncülük uğrunda dueldə Böyük Britaniya təmsilçisi İrakli Qoqinaşviliyə qalib gələrək bürünc medala sahib çıxıb.

Hazırda komandamızın aktivində 4 mükafat var. Daha əvvəl Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) isə bürünc medal əldə ediblər.