Azərbaycanlı millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionu olub.
Komanda sonuncu turda “Dinamo Siti” klubuna 2:0 hesabı ilə qalib gələrək qızıl medalı rəsmiləşdirib. Bu, “yaşıl-qaralar” üçün liqada ardıcıl 3-cü çempionluq olub.
Bu görüşdə start heyətdə meydana çıxıb, fasilədə əvəzlənən Əliyev isə komandası ilə ikinci dəfə birincilik yaşayıb.


















