Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti matçını keçirib.
Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gəlib. Hövsan Yarış Kompleksində baş tutan görüş rəqibin qələbəsi ilə başa çatıb – 3:1.
Beləliklə, U-15 növbəti mərhələdə Cəbəllütariq millisi ilə üz-üzə gələcək.














