“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

Turnirin qrup mərhələsinin II turunda Bosniya və Herseqovinanın “Buba Mara” kollektivi ilə üz-üzə gələn komandamız rəqibinə 3:5 hesabı ilə uduzub.

Qeyd edək ki, “Araz-Naxçıvan” yer aldığı V qrupda keçirdiyi ilk matçda Macarıstan təmsilçisi “Uypeşt”i 5:4 hesabı ilə məğlub edib. Naxçıvanlılar qrupdakı son matçını oktyabrın 30-da Polşa təmsilçisi “Piast”a qarşı keçirəcək.