Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha beş görüşü keçirilib. Bu oyunların nəticələrinə görə “Şamaxı”, “İmişli”, “Şahdağ Qusar, “Şəfa” və “Kəpəz” növbəti etapa yüksəlib.

“Hypers” 1:5 “Şamaxı”

“İmişli” 5:1 “Qaradağ Lökbatan”

MOİK 1:9 “Şahdağ Qusar”

“Şəfa” 9:2 “Ağstafa Gəncləri”

“Kəpəz” 3:1 “Baku Sportinq”

II təsnifat mərhələsinə sabah baş tutacaq iki qarşılaşma ilə ydkun vurulacaq. Saat 14:00-a təyin edilən oyunlarda “Zəngəzur” “Karvan-Yevlax”, “Xankəndi” “Gəncəbasar”la üzləşəcək.