Misli Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

“Şamaxı” evdə “Neftçi”ni qəbul edib. Görüş bol qollu alınıb və tərəflər 2:2 hesablı bərabərliyə razılaşıblar.

Qeyd edək ki, turun daha bir matçı bu gün saat 17:00-da başlayacaq. “Qəbələ” ilə “Karvan-Yevlax” qarşılaşacaq.