Misli Premyer Liqasında XIII tura start verilib. İlk oyun günündə iki matç keçirilib.
Yevlax şəhər stadionunda təşkil edilən görüşdə “İmişli” “Şəfa”nı qəbul edib. Qarşılaşma Bakı klubunun 3:1 hesablı qələbəsi ilə bitib. 12 xala malik “İmişli” 8-ci, xalını 8-ə çatdıran “Şəfa” 11-ci sıradadır.
Mərkəzi dueldə “Neftçi” doğma meydanda “Zirə” ilə üzləşib. 1:0 qalib gələn “ağ-qaralar” məğlubiyyətsizlik seriyasını 10-a çatdırıb. 30 xal toplayan “Neftçi” turnir cədvəlində lidedliyini davam etdirir. 20 xallı “Zirə” isə 5-cidir.















