Kişi voleybolçulardan ibarət “Xilasedici” komandası Çempionlar Liqasında növbəti oyununu keçirib.

Onlar 2-ci təsnifat mərhələsinin cavab matçında səfərdə Sloveniyanın “Volley Lüblyana” klubunun qonağı olublar. Evdə 1:3 uduzan təmsilçimiz bu dəfə də eyni hesabda məğlub olub.

“Xilasedici” mübarizəni CEV Kubokunda davam etdirəcək. Bakı klubu 1/16 final mərhələsində Serbiyanın “Srvena Zvezda” kollektivi ilə üzləşəcək. İlk matç gələn il yanvarın 5-də baş tutacaq.