Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı ilin ən yaxşı oyunçusu adına son beş namizədi açıqlayıb.
Siyahıda Əşrəf Hakimi (PSJ, Mərakeş), Brahim Dias (“Real Madrid”, Mərakeş), İsmael Saybari (“Bavariya”, Mərakeş), Pap Qeye (“Vilyarreal”, Seneqal) və Sadio Mane (“Əl-Nəsr”, Seneqal) yer alıblar.
Qalibin adına dekabrın 2-də aydınlıq gələcək. Xatırladaq ki, ötən il nüfuzlu mükafata Əşrəf Hakimi layiq görülüb.












