Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar liqasının əsas mərhələsində növbəti oyununu doğma meydanda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək. Artıq görüş üçün biletlərin böyük hissəsi satılıb. Belə ki, indiyədək matça 27 500 bilet satılıb.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” qarşılaşması oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcə. Saat 20:45-də start götürəcək oyun “CBC Sport”la canlı yayımlanacaq.