Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku başlayıb.

Azərbaycan təmsilçilərindən 70 kq-da yarışan Nəbi İsgəndərov turnirə uğurlu start verib.

İlkk döyüşündə türkiyəli Necat Ekinçi ilə qarşılaşan Nəbiyev 3:2 (30:27, 28:29, 30:27, 28:29, 29:28) hesabı ilə məğlub edərək 1/8 finala adlayıb. O, bu etapda tacikistanlı Murodjon Aşuraliyevlə üz-üzə gələcək. Tərəflərim görüşü aprelin 22-də baş tutacaq.

Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.