Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalçılar bəlli olub.
1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı növbəti etapa yüksəliblər.
Rauf Məmmədov – Şiroğlan Talıbov və Xaqan Əhməd – Nicat Abasov duellərindë qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq.
Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4 finala adlayıblar. Gövhər Beydullayeva və Nərmin Abdinova isə tay-brekdə son vəsiqə uğrunda görüşəcəklər.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq.












