Misli Premyer Liqasında XIX turun daha iki görüşü keçirilib.
Günün açılış matçı Qubada baş tutub. Burada “İmişli” – “Kəpəz” oyunu qolsuz heç-heçə ilə yekunlaşıb.
İkinci qarşılaşmada “Karvan-Yevlax”ı qəbul edən “Turan Tovuz” 1:0 hesablı qalibiyyətə sevinib.
Bununla da xalını 33-ə çatdıran qərb təmsilçisi yenidən üçüncü pilləyə qalxıb. Kurban Berdiyevin kollektivi dördüncü “Zirə”ni 1 xal qabaqlayır. Turnir cədvəlinin lideri isə 46 xalla “Sabah”dır. İkinci yerdə 39 xalı olan “Qarabağ” mövqe tutub.
Tura sabah keçiriləcək “Şamaxı” – “Qarabağ”, “Neftçi” – “Qəbələ” oyunları ilə yekun vurulacaq. Müvafiq olaraq saat 14:30 və 19:00-da başlayacaq oyunlar “CBC Sport”la canlı yayımlanacaq.














