Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub. Son yarış gündə iki matç keçirilib.

Əlavə vaxta kimi uzanan matçda “Gəncəbasar” “Xankəndi”ni 3:2 məğlub edib. “Karvan-Yevlax” isə “Zəngəzur”dan 4:1 hesabı ilə güclü olub. Bununla da 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşib:

“Araz-Naxçıvan” – “Marafon””Sabah” – “İmişli””Sumqayıt” – “Qarabağ””Qəbələ” – “Şahdağ Qusar””Gəncəbasar” – “Şamaxı””Neftçi” – “Şəfa””Karvan Yevlax” – “Zirə””Turan Tovuz” – “Kəpəz”Qeyd edək ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları dekabrın 1-2-də baş tutacaq.