Azərbaycanın “LANDAU Lions” klubu FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.

Təmsilçimiz G qrupu çərçivəsində doğma meydanda Türkiyənin “Denizli Basket” kollektivi ilə üzləşib. Əlavə vaxta uzanan görüş bakılıların 94:86 hesablı qələbəsi ilə bitib.

Hazırda “LANDAU Lions” 5 xalla öz qrupunda 5-ci sıradadır.