“Qarabağ” UEFA Avropa Liqasında növbəti matçına çıxıb. Ağdam klubu II təsnifat mərhələsində Bolqarıstan təmsilçisi “ÇSKA Sofiya” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən oyunda tərəflərin cəhdlərinə baxmayaraq qol olmayıb.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində baş tutacaq cavab qarşılaşması iyulun 30-u keçiriləcək.

















