Azərbaycan Basketbol Liqasının V turunda “Neftçi” “LANDAU Lions”la qarşılaşıb.
Avrokuboklarda mübarizə aparan kollektivlərin Bakı İdman Sarayında baş tutan görüşündə “Neftçi” 86:84 hesablı qələbəsi qazanıb.
Qeyd edək ki, turun ötən gün keçirilən açılış oyununda “Ordu” “Naxçıvan”ı 84:76 üstələyib. Tura noyabrın 1-də yekun vurulacaq.












