Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşdə Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstan yığması ilə qarşılaşıb.

Matç rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən 74-cü dəqiqədə Xanım Əsədova fərqlənib.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl keçirfiyi qarşılaşmalarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Macarıstanla ilk dueldə isə 0:1 hesabı ilə uduzub.