Braziliya millisinin sabiq kapitanı Tiaqu Silva karyerasını “Portu”da davam etdirəcək.

Tərəflər arasında daha bir il uzaldılması imkanı ilə mövsümün sonuna kimi müqavilə imzanı.

Bu, 41 yaşlı müdafiəçinin “Portu”ya ikinci gəlişidir. Belə ki, 2004-cü ildə “Juventude”dən Portuqaliya klubuna keçən Silva, o zaman əsas komandada oyun keçirməyib.

Qeyd edək ki, son olaraq vətənində “Fluminense”nin formasını geyinən Tiaqu Silva karyerası ərzində “Milan”, “Paris Sen-Jermen” və “Çelsi” kimi klublarında çıxış edib. Londonlular ilə UEFA Çempionlar liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatının qalibi olan stopper bir dəfə İtaliya, 7 dəfə Fransa çempionluğu olmaqla ümumilikdə 29 titul əldə edib. Bununla yanaşı o, 113 dəfə Braziliya millisinin şərəfini qoruyub və “selesao” ilə Amerika kubokunu, FIFA Konfederasiyalar kubokunu əldə edib.