Misli Premyer Liqasında mövsümü sonuncu bitirərək aşağı liqaya yuvarlanan “Karvan-Yevlax” iki legioneri ilə yolları ayırıb.

Aran təmsilçisi yarımmüdafiəçi Kayl Spens və qapıçı Pedro Mateuşla bitən müqaviləni yeniləməyib.

Qeyd edək ki, Spens son mövsümdə komandanın heyətində 34 oyuna çıxıb, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Mateuş isə 20 matçda yevlaxlıların formasını geyinib.