“Araz-Naxçıvan” “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini heyətinə qatıb.
22 yaşlı hücumçu qarşıdakı mövsüm icarə əsasında Muxtar Respublika təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
















