Misli Premyer Liqasında VI tura iki görüşlə yekun vurulub.
“Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. Şirvan klubu artıq 5 oyundur uduzmursa, naxçıvanlıların liqanın startından davam edən qələbəsizlik seriyası davam edir.
Gəncədə təşkil edilən matçda “Kəpəz” və “Sumqayıt” 1:1-lik bərabərliyə razılaşıb. “Gənclik şəhəri” təmsilçisinin bu mövsüm hələki qalibiyyəti yoxdur.
Hazırda lider “Neftçi” və “Sabah”ın 15 xal var. Onlar “Qarabağ”ı 2 xal qabaqlayırlar. 11 xallı “Turan Tovuz” 4-cü, 1 xal geri qalan “Zirə” 5-cidir. 6-cı “Şamaxı”nın 9, 7-ci “Kəpəz”in 7 xalı var. Aktivində 4 xal olan “İmişli” və “Qəbələ” növbəti sıraları tuturlar. 3 xallı “Şəfa” 10-cu pillədəsir. Sonuncu iki yerdəki “Araz-Naxçıvan” və “Sumqayıt”ın hərəyə 2 xalı var.














