“Qarabağ”ın keçmiş futbolçusu Juninyo karyerasını Meksikada davam etdirəcək.

Ötən mövsüm qış transfer pəncərəsində 5 milyon avro qarşılığında Ağdam klubundan Braziliya təmsilçisi “Flamenqo”ya keçən hücumçu “Pumas” klubunda çıxış edəcək. Bu keçid üçün Meksika klubu da qarşı tərəfə 5 milyon avro ödəyib.

Qeyd edək ki, Juninyo “Flamenqo”nun heyətində 27 oyuna çıxıb və 3 qol vurub. O, “qırmızı-qaralar”la Braziliya liqasının, Rio de Janeyro çempionatının, ölkə superkubokunun və Libertadores kubokunun qalibi olub.