2026-cı il dünya çempionatının seçmə mərhələsində D qrupunda İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək oyunun hakimləri bəlli olub. Görüşü niderlandlı Sander van der Eyk idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcək. Qeyd edək ki, sentyabrın 5-i Reykyavikdəki “Lauqardalsvöllur” stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək və “CBC Sport”la canlı yayımlanacaq.