“Kəpəz” komandasının baş məşqçisi Azər Məmmədovun köməkçiləri müəyyənləşib.

Bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

Məşqçilər korpusunda Etibar İbrahimov, İlkin Verdiyev (hər ikisi köməkçi məşqçi), Vüqar Məmmədov (qapıçı məşqçi), Kərim Diniyev (fiziki-hazırlıq üzrə məşqçi) və Fərid Məmmədov (analitik məşqçi) yer alıb.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək.