“Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib.

Klub açıqlamasında Kerrikin hər zaman klubun əfsanəsi olaraq qalacağını, ötən mövsüm qazandığı uğurların unudulmayacağını bildirib.

“Qırmızı şeytanlar” İngiltərə Premyer Liqasında 10 turdan sonra 8 xalla 18-ci pillədə qərarlaşıb. “Mançester Yunayted”in yeni baş məşqçisinin hazırda ABŞ millisinə rəhbərlik edən argentinalı mütəxəssis Maurisio Poçettino olacağı qeyd edilir.