Kişi voleybolçulardan ibarət “Xilasedici” kollektivi CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Doğma meydanda “Sportinq”ə 2:3 uduzan təmsilçimiz bu dəfə rəqibi ilə Portuqaliyada üzləşib. Lissabonda keçirilən oyunda 3:2 qalib gələn komandamız “qızıl set”i də xeyrinə bitirərək növbəti mərhələ adlayıb.

“Xilasedici”nin növbəti rəqibi “Volley Lübliana” (Sloveniya) – “Orion Stars Dutinhem” (Danimarka) cütünün qalibi olacaq.