Kişi voleybolçulardan ibarət “Ordu” komandası CEV Çelenc Kubokunda ilk oyununa çıxıb.

Azərbaycan təmsilçisi səfərdə 1/32 finalda Norveçin “Forde VBK” kollektivi ilə üzləşib. Qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.

Tərəflər arasındakı cavab görüşü noyabrın 19-da, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.