Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisi aktivinə 3 medal yazdırıb.
60 kq-da yarışan Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. O, finalda tacikistanlı Loiq Kudbudinovdan güclü olub.
48 kq-da həlledici dueldə türkiyəli Merve Azakı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan Könül Əliyeva “Böyük Dəbilqə” yarışında çempion olan ilk azərbaycanlı qadın cüdoçu kimi tarix yazıb.
66 kq-da isə Rəşad Yelkiyev turnirin bürünc medalını əldə edib.











