20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Yığmamız oktyabrın 3-ü Moldova seçməsi ilə üzləşəcək.

Oktyabrın 6-sı futbolçularımız yaponiyalı həmyaşıdları ilə qarşılaşacaqlar. Sentyabrın 30-u isə Moldova və Yaponiya komandaları arasında yoldaşlıq görüşü təṣkil ediləcək.