İlk dəfə təşki edilən çövkən üzrə Cənubi Amerika çempionatında əvvəlcə yarımfinal görüşləri keçirilib. Çili Kolumbiyanı 3:1 məğlub edib. Digər qarşılaşmada meydan sahibi Argentina Uruqvayla üz-üzə gəlib. Gərgin keçən görüşdən Uruqvay 3:2 qalib ayrılıb. Paytaxt Buenos-Ayresin Pillar qəsəbəsində yerləşən La Quapeada Polo klubunun ərazində keçirilən yarışın 3-cü yer uğrunda görüşündə Argentina Kolumbiyanı 3:2 üstələyib. Nəhayət çempionluq uğrunda qarşılaşmada Uruqvayla Çili üz-üzə gəlib.

Bu oyunda 2:1 hesabıyla qalib gələn Uruqvay qitə çempionu olub. Onlarla yanaşı, Çili seçməsi də dünya çempionatına vəsiqə qazanıb. Beynəlxalq Çövkən federasiyasının prezidenti Bəhruz Nəbiyev yarışla bağlı bunları deyib.

Qeyd edək ki, bu ilin iyun ayında Azərbaycanda təşkil ediləcək dünya çempionatına Avropadan Malta və Polşa, Asiyadan Özbəkistan və Pakistan, Afrika qitəsindən isə Nigeriya və Niger yığmaları vəsiqə qazanıblar.