Braziliya millisinin sabiq müdafiəçisi Roberto Karlos ürəyindən əməliyyat keçirib.

Keçmiş futbolçunun ayağında tromb aşkarlandıqdan sonra aparılan müayinələr zamanı onun ürəyi ilə bağlı da problemlər müəyyən edilib. Bunun ardından Roberto Karlos vətənində cərrahi əməliyyata alınıb.

Hazırda əfsanəvi futbolçunun həyatı üçün təhlükə yoxdur. Bununla belə, o, həkimlərin nəzarəti altında xəstəxanada qalmaqda davam edir.