Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin növbəti oyunları keçiriləcək. Azərbaycanın turnirdəki təmsilçisi “Sabah” da bu etapda ilk matçına çıxacaq.
Komandamız Rumıniyada İsrailin “Hapoel Beer-Şeva” kollektivi ilə üzləşəcək.
Buxarest şəhərində yerləşən “Culeşti” stadionunda təşkil ediləcək və saat 23:00-da başlayacaq matçı italiyalı Davide Massa idarə edəcək.
















