Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha bir medal əldə edib.
73 kq-da yarışan Rəşid Məmmədəliyev ilk iki mərhələni uğurla adlayıb. 1/4 finalda məğlub olan cüdoçumuz təsəlliverici dueldə qalib gələrək mübarizəni davam etdirib. Üçüncülük uğrunda görüşdə braziliyalı Daniel Karqninə qalib gələn Məmmədəliyev bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl 60 kq-da Əhməd Yusifov dünya çempionu adını qazanıb.











