Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti oyununu bu gün keçirəcək.

Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı ikinci matçında İtaliya ilə üz-üzə gələcək.

Matç “Tipos Arena”da, Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.

Azərbaycan komandası ötən gün ilk turda Avstriyanı minimal hesabla üstələyib – 1:0. İtaliya isə Fransa ilə heç-heçə edib – 0:0.

Xatırladaq ki, Azərbaycan millisi mayın 30-da Fransa ilə qarşılaşacaq.